08:22 / 07-04-2025
Hazır yemək - Hekayə
Dövlət Agentliyinin əməkdaşı mina partlayışında ağır yaralanıb
Tarix: 06-04-2025 12:12 | Bölmə: Slayd
Dövlət Agentliyinin əməkdaşı mina partlayışında ağır yaralanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. 

Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Onun sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.




Bölməyə aid digər xəbərlər