Bakıda azyaşlı qızlara əxlaqsız hərəkətlər edən manyak peyda olub - Yenilənib
Tarix: 07-04-2025 15:48 | Bölmə: Cəmiyyət
Bakıda azyaşlı qızlara əxlaqsız hərəkətlər edən manyak peyda olub

Bakıda məktəb yaxınlığında azyaşlı qızlara əxlaqsız hərəkətlər edən şəxs peyda olub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunub ki, naməlum şəxs gah özünü məzlum adam kimi, gah da köməyə ehtiyacı olan qazi atası kimi təqdim edir.

DİN mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

***
Məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan və ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-nin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib: "Tərəflər verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər"





Bölməyə aid digər xəbərlər
2-04-2025, 14:10 Sabah yağış yağacaq