Suqovuşan kəndinə daha 54 ailə köçürülüb - (Yenilənib)
Tarix: 07-04-2025 14:20 | Bölmə: Slayd
Suqovuşan kəndinə daha 54 ailə köçürülüb - (Yenilənib)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülüb.

Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Növbəti mərhələdə - bu il aprelin 5-də isə kəndə 53 ailə - 174 nəfər köçürülüb.

***

Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb.

Suqovuşan kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.

Açarların təqdim edilməsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Artıq doğma kəndində köçən ailələrin sayı 126 – ya çatdırlıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 minə yaxın insan yaşayır.




Bölməyə aid digər xəbərlər