Hərbçimiz Cəbrayılda minaya düşərək həlak olub - (Yenilənib)
Tarix: 07-04-2025 10:36 | Bölmə: Slayd
Hərbçimiz Cəbrayılda minaya düşərək həlak olub - (Yenilənib)

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Reyting.az
“Report”-a istinadla xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.

Ə. Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.

***

Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər