Məhkəmə Bəşir Süleymanlı barədə qərar verib
Tarix: 09-07-2025 12:31 | Bölmə: Siyasət
Məhkəmə Bəşir Süleymanlı barədə qərar verib

"Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs müddəti uzadılıb.

Bu barədə qərar Binəqədi Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb(Report).

Qeyd edək ki, Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.




Bölməyə aid digər xəbərlər