Ağ evin elçisi Moskvaya niyə gəlib?
Tarix: 09-10-2025 07:58 | Bölmə: Siyasət
Ağ evin elçisi Moskvaya niyə gəlib?

ABŞ Dövlət Departamentinin Rusiya nümayəndəliyinin direktoru Piter Andreoli Moskvaya səfər edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlum yayıb.

Diplomatik missiyadan bildiriblər ki, Andreoli səfirliyin fəaliyyəti ilə bağlı məsləhətləşmələr aparmaq üçün Moskvadadır. Onun səfəri Rusiya Xarici İşlər Nazirliyində görüşün də daxil olduğu adi hadisə kimi qiymətləndirilib:

“Cənab Andreoli ABŞ səfirliyinin diplomatları ilə planlaşdırılmış məsləhətləşmələr aparmaq üçün Moskvaya səfər edib. Onun digər məhdud əlaqələri, o cümlədən hər iki ölkədəki səfirliklərin işini müzakirə etmək üçün Rusiya XİN-də görüşü olub”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər