Prezidentin köməkçisi: “Azərbaycan əsir və girovların "hamının hamıya" prinsipi ilə dəyişdirilməsini təklif edib"
Tarix: 13-05-2020 18:14 | Bölmə: Siyasət
Prezidentin köməkçisi: “Azərbaycan əsir və girovların "hamının hamıya" prinsipi ilə dəyişdirilməsini təklif edib"

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə tədbirlər həyata keçirilir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan humanist prinsiplər nəzərə alınmaqla "hamının hamıya" prinsipi ilə dəyişdirilməsini təklif edib: “Azərbaycan hər iki girovumuzun koronavirusa görə sağlamlığının qorunması ilə bağlı da təşəbbüslərlə çıxış edir”/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}