Türkiyə kəşfiyyatı Qəzzafinin oğlunu axtarır
Tarix: 15-05-2020 18:25 | Bölmə: Siyasət
Türkiyə kəşfiyyatı Qəzzafinin oğlunu axtarır

Liviyanın keçmiş lideri Qəzzafinin oğlu Seyfəlmülk tezliklə ölkəsində baş verən hadisələrə münasibətini açıqlayacağını söyləyib.

Reyting.az
“Eram News”-a istinadla xəbər verir ki, Liviya siyasətçisi Məhəmməd əl-Abani telekanala deyib: "Keçmiş Liviya diktatoru Müəmmər Qəzzafinin oğlu Seyfəlmülk Qəzzafi yaxşı fiziki vəziyyətdədir və yaxın zamanda mövcud hadisələrə münasibətini açıqlamaq üçün ictimaiyyətə görünəcək".

Liviya Milli Konqresinə rəhbərlik edən əl-Abani Seyfəlmülkün harada gizləndiyini açıqlamayıb, ancaq onun təhlükəsiz, etibarlı yerdə olduğunu söyləyib.

2017-ci ilin iyununda həbsdən çıxandan bəri o, bir dəfə də olsun ictimaiyyətə görünməyib.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fato Bensouda hələ ötən ilin noyabr ayında BMT Təhlükəsizlik Şurasına verdiyi açıqlamada Seyfəlmülk Qəzzafinin Liviyanın cənub-qərbindəki əl-Zintan şəhərini tərk etmədiyi və hələ də orada olması ilə bağlı məlumat verib.

Mənbələrə görə, türk kəşfiyyatı Seyfəlmülkün gizləndiyi məkanı axtarır.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}