Əli Kərimlinin daha bir cangüdəni həbs olunub
Tarix: 20-05-2020 11:56 | Bölmə: Siyasət
Əli Kərimlinin daha bir cangüdəni həbs olunub

Bir neçə gün əvvəl saxlanılmış Xalq Cəbhəsi Partiyasının üzvü Səid Məmmədzadə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Bu barədə saxlanılan şəxsin evinə zəng edən Bakının Xətai Rayon Polis İdarəsinin əməkdaşı onun anasına bildirib.

DİN-in mətbuat katibi Ehsan Zahidov isə Turan-a deyib ki, Səid Məmmədzadə öz maşın yuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.

DİN nümayəndəsinin iddiasına görə, Məmmədzadə əvvəllər insan oğurluğuna, ikinci dəfə isə soyğunçuluğa görə məhkum edilib.

Hazırda ona qarşı 221.3-cü maddə ilə xuliqanlıq ittihamı irəli sürülüb, o, məhkəmə qərarı ilə üç ay müddətinə həbs edilib.

Öz növbəsində, Xalq Cəbhəsi Partiyası cinayət işinin saxtalaşdırıldığını və Məmmədzadənin təqibinin siyasi motivli olduğunu bəyan edib.

O, ictimai tədbirlərdə AXCP lideri Əli Kərimlinin cangüdənlərindən biri olub. Partiya onun təqib olunmasının səbəbinin də bu olduğunu iddia edir.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}