23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Milli Şura ətrafında növbəti qalmaqal başlayıb
Tarix: 21-05-2020 12:25 | Bölmə: Siyasət
Milli Şura ətrafında növbəti qalmaqal başlayıb

Tanınmış rejissor Eldəniz Quliyevin Milli Şuradan istefa verməsi qarşılıqlı ittihamlara səbəb olub.

Reyting.az
xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənlinin Eldəniz Quliyevin istefasına münasibəti sərt olub. O, rejissorun istefa vermədiyini, Milli Şuranın qərarı ilə qurumdan uzaqlaşdırıldığını bildirib.

Milli Şura sədri Eldəniz Quliyevin Hacı İlqar İbrahimoğlu tərəfindən “İslam təəsübkeşi” kimi təqdim olunmasına da etiraz edib: “Eldəniz bəy bir sənət adamıdır və çoxlu maraqlı keyfiyyətləri var. Bu istiqamətdə onun haqqında çox şey demək, xidmətlərin göstərmək olar. Amma bir islam üləmasının Eldəniz bəyi din təəssübkeşi, islam dəyərlərinin qoruyucusu kimi təbrik etməsi çox qəribədir. Çünki Eldəniz bəyin din təəssübkeşliyi də, İslam dəyərlərinin qorunmasında fədakarlığı da üç ildir rus vodkasından keçir. Və yəqin Hacı da bunu bilməmiş deyil. Amma ola bilsin ki, mən Amerikaya gələndən sonra Azərbaycanda vodkanı məkruh elan ediblər və mən bundan xəbərsizəm. Əgər bizim İslamı dəyərlərimizi Eldəniz bəy qoruyacaqsa, deməli, dinizimizin gələcəyi çox "parlaqdır"".(Yeni Sabah)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}