16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Baş nazir mühakimə olunacaq
Tarix: 24-05-2020 14:39 | Bölmə: Siyasət
Baş nazir mühakimə olunacaq

İsrailin Baş naziri Binyamin Netanyahu rüşvət, fırıldaqçılıq və etimadın pozulması faktı üzrə mühakimə olunacaq.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, ölkə tarixində fəaliyyətdə olan Baş nazir kimi ilk dəfə məhkəmə qarşısına çıxarılacaq Netahyahu bu ittihamları rədd edir. O, həmçinin istefaya getmək çağırışlarına da məhəl qoymayıb. Onun Yerusəlim dairə məhkəməsində baş tutacaq birinci prosesdə iştirak edəcəyi gözlənilir.

Baş nazir bu ittihamları ona qarşı siyasi opponentlərinin “cadugər ovu” adlandırıb və günahsızlığını sübut edəcəyinə söz verib.

Qeyd edək ki, İsrail qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan Baş nazirin istefaya getməsi tələb olunmur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}