23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Bakı polisi Milli Məclisin qarşısındakı aksiyaya cəhdlə bağlı məlumat yaydı
Tarix: 26-05-2020 17:11 | Bölmə: Siyasət
Bakı polisi Milli Məclisin qarşısındakı aksiyaya cəhdlə bağlı məlumat yaydı

Bu gün Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə cəhd olub.

“Report”un xəbərinə görə, polis "Qarabağa azadlıq" şüarı ilə təşkil olunan aksiyanın qarşısını alıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb.

O qeyd edib ki, aksiyaya cəhd zamanı heç kəs saxlanılmayıb.

Xatırladaq ki, Müsavat Partiyasının başqanı Arif Hacılı özünün facebook profilində bir neçə şəxsin saxlanldığı barədə məlumat yayıb.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}