Dövlət qurumları yanında İctimai şuraların yaradılması təklif olunur
Tarix: 01-06-2020 11:54 | Bölmə: Siyasət
Dövlət qurumları yanında İctimai şuraların yaradılması təklif olunur

“Dövlət qurumları, bütün İcra hakimiyyətlərinin yanında İctimai şuraların yaradılması və ya yenidən qurulması vacibdir”.

Reyting.az
-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında millət vəkili Razi Nurullayev deyib.

O bildirib ki, ictimai nəzarət mexanizmini işlək formaya salmaq lazımdır: “İctimai şuralara vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ziyalılar daxil olmalıdır ki, hər kəs bir-birinə nəzarət edə bilsin. İctimai şuralar elə seçilməlidir ki, dövlət qurumlarından asılı olmasın.

Bundan başqa, deputatlardan ibarət nəzarət mexanizmi yaradılmasına ciddi ehtiyac var. 5-6 nəfərlik deputat korpusundan yaradılan bu komissiyalar təhkim olunduqları dövlət qurumlarına nəzarət funksiyasını yerinə yetirsin və ehtiyac duyulduğu təqdirdə həmin qurumun fəaliyyətini Milli Məclisin müzakirəsinə çıxarsın, həm də o qurumun şəffaf fəaliyyətinə görə məsuliyyət daşısın.

Şəxsən Prezidentin başlatdığı şəffaflıq prosesinə inanıram və onun effektiv olmasını istəyirəm. Hesab edirəm ki, hörmətli deputatlarımız bu missiyanı yerinə yetirmək üçün tam hazırdır və biz Milli Məclis olaraq, bu işdə öz imkanlarımızdan istifadə edib, islahatlara dəstəyimizi daha effektiv edə edəcəyik”.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}