Oqtay Əsədovla Fəttah Heydərov parlamentin iclaslarına niyə qatılmır?
Tarix: 04-06-2020 10:38 | Bölmə: Siyasət
Oqtay Əsədovla Fəttah Heydərov parlamentin iclaslarına niyə qatılmır?

“Deputatlarla bağlı İntizam Komissiyasına heç bir şikayət daxil edilməyib. Hər şey qaydasındadır”.

Bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Komissiya sədri yaşı 65-dən yuxarı olan deputatlar Oqtay Əsədov və Fəttah Heydərovun parlamentin iclaslarına qatılmamasına da aydınlıq gətirib:

“Hesab edirəm ki, indiki şəraitdə bu məsələnin müzakirə edilməsi doğru deyil. Bildiyiniz kimi, ölkəmizdə iyunun 15-nə qədər karantin rejimi uzadılıb. Həmçinin, yaşı 65-dən yuxarı olan insanlara evdən çıxmamaq tövsiyə edilib. Ona görə də Oqtay müəllimin və Fəttah müəllimin iclaslara qatılmamasını ümumi qaydalara uyğun qəbul etmək lazımdır. Hətta, mən də parlamentin iclasına qatılmaya bilərəm. Burada qəbahət yoxdur. Ölkədə karantin rejimi davam edir”.

Bildirək ki, F.Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır. /Modern.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}