16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Vitse spiker "İyun qiyamı"ndan danışdı: "Məlum hadisələr 17 nəfərin səhvi üzündən baş verib"
Tarix: 05-06-2020 12:04 | Bölmə: Siyasət
Vitse spiker "İyun qiyamı"ndan danışdı: "Məlum hadisələr 17 nəfərin səhvi üzündən baş verib"

“Son günlər 4 iyun 1993-cü il hadisələri ilə bağlı fərqli fikirlərin və o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik”.

Bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Ə.Hüseynlinin sözlərinə görə, o zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib:

“Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Məlum hadisələr o zamankı hakimiyyətdə olan 17 nəfərin səhvi üzündən baş verib. Tarixi həqiqət ondan ibadətdir ki, o zaman qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib”.

Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}