Partiya sədri: “ABŞ-dakı ixtişaşlarda Rusiya kəşfiyyatının “izi” olduğunu istisna etmirəm”
Tarix: 05-06-2020 16:25 | Bölmə: Siyasət
Partiya sədri: “ABŞ-dakı ixtişaşlarda Rusiya kəşfiyyatının “izi” olduğunu istisna etmirəm”

“ABŞ-da afroamerikalı Corc Flyodun ölümündən sonra baş verən ixtişaşların arxasında üçüncü qüvvənin olması ilə bağlı fikirlər səslənir. Ancaq biz ABŞ tarxinə baxdıqda görürük ki, bu ölkənin yerli əhalisi ilə sonradan Amerika dövlətini quran gəlmələr arasında daimi gərginlik olub. Hətta müxtəlif dövrlərdə qaradərililərin hüquqlarının müdafiəsi ilə bağlı çoxlu sayda təşkilatlar mübarizə aparıb. Yəni ABŞ-da irq problemi və qarşıdurması tarixin müxtəlif dövrlərində baş verib”.

Bunu Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ABŞ-da baş verən son etiraz aksiyalarını şərh edərkən deyib.

Partiya sədri: “ABŞ-dakı ixtişaşlarda Rusiya kəşfiyyatının “izi” olduğunu istisna etmirəm”
Q. Əlibəyli

Partiya sədri bu aksiyaların atxasında “rus izi”nin olmasına dair iddialara da toxunub. O, hesab edir ki, Flyodun polis tərəfindən öldülməsi yenidən irqi qarşıdurma məsələsini gündəmə gətirib: “Sözsüz ki, belə bir qarşıdurma son dərəcədə təhlükəlidir. Bu səbəbdən də etirazlar mümkün qədər danışıqlar və güc amilindən istifadə etməmək yolu ilə həllini tapmalıdır. Bununla belə, istisna etmirəm ki, Rusiya ABŞ daxilində müəyyən gərginliyin olmasında maraqlıdır. Yəni bu yolla ABŞ-ın başı özünə qarışsın. Ola bilsin ki, gərginliyin qızışdırılmasında Rusiya xüsusi xidmət orqanının müəyyən rolu var. Bunu istisna etmirəm, amma konkret deyə də bilmirəm. Çünki əlimdə faktım yoxdur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}