Sülhəddin Əkbər az qala hər kəsi "agent" qismində görür
Tarix: 07-06-2020 18:21 | Bölmə: Siyasət
Sülhəddin Əkbər az qala hər kəsi "agent" qismində görür

“AXC-Müsavat hakimiyyəti dönəmində Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində işləmiş Sülhəddin Əkbərin 4 iyun Gəncə qiyamı ilə bağlı "Azadlıq radiosu"na verdiyi müsahibəsini izlədim və belə başa düşdüm ki, bu yoldaş az qala hər kəsi "agent", "rusun adamı" qismində görür, eləcə də Əbülfəz Elçibəy və Heydər Əliyevin müasir Azərbaycan siyasətindəki önəmli rolunu şübhə altına almağa çalışır”.

Reyting.az
xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Onun sözlərinə görə, S. Əkbərin konspirologiyaya marağı o qədər güclüdür ki, o, hətta 1989-cu ilin 31 dekabrında İranla sərhədlərin sökülməsinin də xüsusi xidmət orqanlarının (keçmiş KQB-nin) tapşırığı olduğunu düşünür.

Sülhəddin Əkbər az qala hər kəsi "agent" qismində görür
Ə. Hüseynov

Ə. Hüseynov qeyd edib ki, S. Əkbərin məntiqinə görə, nə xalq hərəkatı olub, nə də liderlərimiz bu millətin müstəqilliyi uğrunda mübarizə aparıblar: “Bu da çox maraqlıdır ki, adam hamını "Rusiyanın projesi" hesab edə-edə, lakin özü də onlarla birlikdə vəzifə fəaliyyətini axıra qədər davam etdirib. İstefa verməyib, etiraz bildirməyib...”.

DADP sədrinin fikrincə, ən pisi də budur ki, Sülhəddin Əkbər bu gün haqqında bəhs etdiyi liderlər və hərəkatçıların bir çoxu məhz dünyasını dəyişdikdən sonra açıqlama vermək qərarına gəlib. Özü də nə az, nə çox, düz 27 ildən sonra.

“Bəlkə də, Sülhəddin Əkbər bu hərəkətini qəhrəmanlıq sayır və tarixə düşmək istəyir. Ancaq sözün açığı, burada qeybətdən və gedənlərin arxasınca danışmaqdan başqa bir şey yoxdur.

Elçibəyin və Heydər Əliyevin sayəsində siyasi fiqura çevrilənlərin bu gün onlara dil uzatmaları bağışlanmaz hərəkətdir”, - Ə. Hüseynov əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}