09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Keçmiş müdafiə naziri Yunanıstana xəbərdarlıq etdi: “Türkiyə ilə müharibəyə başlasanız...”
Tarix: 08-06-2020 17:34 | Bölmə: Siyasət
Keçmiş müdafiə naziri Yunanıstana xəbərdarlıq etdi: “Türkiyə ilə müharibəyə başlasanız...”

Yunanıstanın sabiq Müdafiə naziri Evangelos Apostolakis Türkiyə-Yunanıstan münasibətlərində artan gərginlik və rəsmi Afinanın Türkiyəni təhdid etməsi ilə əlaqədar yunan hökumətinə xəbərdarlıq edib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, E. Apostolakis Şərqi Aralıq dənizində EEZ və qitə şelfində iki ölkə arasında diplomatik danışıqlara ehtiyac duyulduğunu deyib. O, Yunanıstanın Misir və İsraillə razılaşmalarına da diqqət yönəldib.

Apostolakisin fikrincə, bu ittifaqı gücləndirməyə ehtiyac var: “İttifaqlar gücləndirilməlidir, amma qonşu Türkiyə ilə gələcəkdə əməkdaşlıq pəncərəsini bağlamaq istəməyən bir çox ölkələr var. Bu ölkələrin sırasına İsrail və Misir də daxildir”.

Sabiq nazir ölkəsi ilə Türkiyə arasında yarana biləcək ada böhranında ABŞ və Avropa Birliyinin Afinaya dəstək verəcəyinə baxmayaraq Yunanıstanın son anda tənha qalacağı xəbərdarlığını edib: “Qarşıdurmaya daxil olarıqsa Yunanıstan yalnız qalacaq. Bu hesabları aparmaq məcburiyyətindəyik”.

Xatırladaq ki, Yunanıstanın Müdafiə naziri Nikos Panaqiopoulos “Türkiyə ilə müharibəyə hazırıq”,- bəyanatını səsləndirib.

Yunanıstan Xarici işlər naziri Nikos Dendias isə Türkiyəyə Lozanna anlaşması üzərindən sataşaraq revizionist və boz bölgələrə yaxınlaşmaların Türkiyə üçün bumeranq effekti yaradacağını dilə gətirib.

Dendias eyni zamanda Türkiyənin Egey bölgəsində 3 mil suverenliyə sahib olduğunu da xatırladıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər