"Onlar hazırda nəzarətdədir" - DİN bu şəxslərə xəbərdarlıq etdi
Tarix: 10-06-2020 00:10 | Bölmə: Siyasət
"Onlar hazırda nəzarətdədir" - DİN bu şəxslərə xəbərdarlıq etdi

"Yasamalda polisin keçirdiyi əməliyyatdan sonra ölkədə bəzi şəxslərin sabitliyi pozmaq istiqamətində atdığı addımlar tam nəzarətimizdədir".

Reyting.az
xəbər verir ki, bunu Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

O qeyd edib ki, baş verən hadisələrlə bağlı araşdırmalar davam edir: “Sosial şəbəkələrdə dövlətçiliyimiz, millətimiz əleyhinə provokativ xarakterli məlumatlar yayan, insanları kütləvi etirazlara sövq edən şəxslərin kimliyi bizə məlumdur. Bu şəxslər hazırda nəzarətdədir. Biz onların əsl məqsədlərini, niyyətlərini yaxşı bilirik. Qəti olaraq bildirim ki, şəxslər haqda əsaslı ölçülər götürüləcək”.




Bölməyə aid digər xəbərlər