Deputat MM-də AZAL-la Maliyyə Nazirliyini tənqid etdi
Tarix: 12-06-2020 14:06 | Bölmə: Siyasət
Deputat MM-də AZAL-la Maliyyə Nazirliyini tənqid etdi

"Bu gün Milli Məclisdə Naxçıvana getməli olan, eyni zamanda Naxçıvandan Bakıya gəlməli olan vətəndaşların problemini qaldırdım. Hökumət ancaq online bilet almağa imkan tanıyıb, elə insan var ki, nə interneti var, nə də kartı. Bilet almada qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu?".

Reyting.az
xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

O bildirib ki, kimlər qalıbsa, siyahıya alıb göndərmək lazımdır:

"Əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik bilet pulu da yoxdur. Maliyyə nazirinə müraciət etdim ki, təcili əlavə təyyarələr üçün pul ayrılmalıdır. Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm.

Hesabı göstərin, ora keçirim. Ümid edirəm ki, bilet Bunlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalır. Naxçıvanlıları bu ağır şəraitdən çıxması üçün bütün zəruri addımlar atılmalıdır".




Bölməyə aid digər xəbərlər