07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
İqbal Ağazadə səlahiyyətli qurumlara səsləndi: "Evinə dönə bilməyən vətəndaşlarımıza sahib çıxın"
Tarix: 16-06-2020 11:02 | Bölmə: Siyasət
İqbal Ağazadə səlahiyyətli qurumlara səsləndi: "Evinə dönə bilməyən vətəndaşlarımıza sahib çıxın"

"Dünən gecə Rusiya-Azərbaycan sərhədində baş verən hadisələr olduqca üzücü və utancvericidir".

Reyting.az
xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, bildirib ki, evinə dönə bilməyən insanlarımız vətənə qaytarılmalıdır:

“Aylardır xeyli sayda həmvətənimiz evinə, ailəsinə gələ bilmir. Ayrı-ayrı iş adamlarının, xeyirxah insanların köməyilə çadırda, məsciddə və ya açıq havada qalırlar. Operativ Qərargahın ən ümdə vəzifəsindən biri də ölkə xaricində qalmış insanlarımızı Vətənə qaytarmaqdır".

İ. Ağazadə səlahiyyətli qurumlara səslənərək Azərbaycan Respublikasının vətəndaşlarına sahib çıxmağı tələb edib:

"Mən səlahiyyətli dövlət qurumlarına səslənirəm. Vətəndaşımıza sahib çıxın, onları sahibsiz, kimsəsiz insanlar kimi başqa dövlətin ərazisində saxlamayın. Dövlətə vətəndaşına verilən qiymətə görə hörmət edərlər. Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə, bu faciədir. Həm də vətəndaşın yox, dövlətin faciəsidir. Hər kəs məsuliyyətini dərk etməli, dərhal həmin insanlar ölkəmizə qaytarılmalıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}