15:20 / 03-02-2026
Sabiq icra başçısının oğlu 40 villa alıb
15:15 / 03-02-2026
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
14:54 / 03-02-2026
"Tiktoker Roşka"nın məhkəməsi təxirə salınıb
14:46 / 03-02-2026
Qobustanda palçıq vulkanı püskürüb
14:41 / 03-02-2026
"Çatlayın, partlayın, ölün, istədiyiniz olmadı" - Səidə Rəqsanə ilə barışıb
14:28 / 03-02-2026
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub
14:13 / 03-02-2026
"Alma ovu"na çıxan məmura yeni vəzifə verilib
14:05 / 03-02-2026
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
14:04 / 03-02-2026
İstanbul görüşü: ABŞ və İran böyük nəticə əldə edə biləcəkmi?
14:00 / 03-02-2026
“Kəpəz”in futbolçusunu bıçaqlayıblar - Yenilənib
13:27 / 03-02-2026
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
13:12 / 03-02-2026
Yaponiyada güclü qar 30 nəfərin ölümünə səbəb olub
12:51 / 03-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:50 / 03-02-2026
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
12:34 / 03-02-2026
İki nəfər 26 kq narkotiklə tutulub
12:24 / 03-02-2026
Şura bloger və "tiktoker"lərə müraciət edib
12:21 / 03-02-2026
Türk dronları vətəndaş müharibəsinin axarını dəyişir
12:10 / 03-02-2026
Növbəti üç gündə qar yağacaq - Xəbərdarlıq
12:06 / 03-02-2026
Tehranda bazar yanır
11:59 / 03-02-2026
DYP sürücülərə müraciət edib
11:59 / 03-02-2026
Tramp universitetdən 1 milyard dollar təzminat istəyir
11:51 / 03-02-2026
Rusiya təhlükəsi: Finlandiya buzqıran gəmiləri hərəkətə gətirir
11:45 / 03-02-2026
Almaniyanı tərk edən qaçqınların sayı artıb
11:31 / 03-02-2026
Rus ordusu Odessanı zülmətə qərq edib
11:30 / 03-02-2026
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
11:23 / 03-02-2026
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
11:06 / 03-02-2026
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
11:00 / 03-02-2026
İranın sabiq prezidenti “Epşteyn faylları”nda: onlar görüşüblər?
10:59 / 03-02-2026
Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
06:55 / 30-01-2026
Avropa Rusiyanın məşhur şəxslərinə sanksiya tətbiq edib - Fotolar
Yaşar Əliyevdən BMT-nin Baş katibinə məktub: "Azərbaycan əlini yanına salıb gözləməyəcək"
Tarix: 07-08-2020 13:41 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərib.
Reyting.az xəbər verir ki, həmin məktubda deyilir: 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın Tovuz rayonu istiqamətində artilleriya və minaatanlardan istifadə etməklə hücuma keçib.
Bildirilib ki, sonrakı günlərdə Azərbaycan Tovuz rayonunun əhalisi sıx olan Ağdam, Dondar Quşçu və Əlibəyli kəndləri atəşə tutulub. Erməni təcavüzü nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini Əziz Əzizov, habelə Azərbaycan Silahlı Qüvvələrinin 12 zabiti və əsgəri həlak olub, çoxsaylı Azərbaycan vətəndaşları yaralanıb. Bu rayondakı mülki obyektlərə ciddi ziyan vurulub.
Məktubda qeyd edilir ki, Ermənistanın silahlı qüvvələrinin bu qərəzli hərəkətlərinin məqsədi təcavüzü genişləndirmək və Azərbaycan ərazisindəki yüksəkliklərə nəzarət imkanı əldə etmək və beləliklə, Azərbaycanın yaşayış məntəqələrinə və strateji əhəmiyyətli neft və qaz kəmərlərinə, o cümlədən hərbi eskalasiya zonasının yaxınlığında (müvafiq surətdə 15-25 kilometr və 10-12 kilometr məsafədə) yerləşən Cənub Qaz Dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yoluna təhlükə yaratmaq idi.
Ermənistan rəhbərliyi bu təcavüz aktının köməyi ilə Ermənistan ictimaiyyətinin diqqətini ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar daha da genişlənən dərin iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmağa çalışır.
Diplomat qeyd edib ki, Ermənistanın Azərbaycana hücumu rəsmi Yerevanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş araqızışdıran bəyanatlarından və hərəkətlərindən sonra törədilib. BMT-nin üzvü olan bir dövlətin ardıcıl təcavüz siyasətinin əyani nümunələri olan belə bəyanatlardan bir neçəsini xatırlatmaq kifayətdir.
Hələ 2013-cü ildə Ermənistanın ovaxtkı müdafiə naziri Seyran Ohanyan “Ermənistan Silahlı Qüvvələri birinci olaraq zərbə endirə bilərmi” sualının cavabında demişdi: “Mən heç nəyi istisna etmirəm, çünki bizim silahlı qüvvələrdən ölkənin müdafiəsi üçün istifadə edilməsi doktrinasında həm müdafiə, həm də preventiv xarakterli çoxsaylı tədbirlər nəzərdə tutulur”.
2014-cü ilin avqustunda Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan bir müsahibəsində Azərbaycanın iri şəhərlərinə qarşı kiçik məsafəli ballistik raketlər buraxılacağı ilə hədələyərək demişdi: “Azərbaycan rəhbərliyi Ermənistan Silahlı Qüvvələrinin arsenalında hansı resurslar olduğunu çox yaxşı bilir. Onlar çox yaxşı bilirlər ki, bizim sərəncamımızda 300 kilometrdən artıq məsafəli effektiv ballistik raketlər var və həmin raketlər istənilən firavan yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilər”.
2017-ci il sentyabrın 21-də Ermənistan Baş Qərargahının rəisi general-leytenant Movses Akopyan etiraf etmişdi: “bizə həqiqətən böyük ərazilər lazımdır ki, respublikamızın təhlükəsizliyinə daha yaxşı təminat verə bilək”.
Ermənistanın işğalçı qüvvələrinin rəhbəri, Ermənistan baş qərargah rəisinin müavini general-leytenant Levon Mnatsakanyan 2018-ci il iyulun 24-də keçirdiyi mətbuat konfransında Azərbaycanın mülki infrastrukturuna raket zərbələri endiriləcəyi ilə hədələyərək demişdi: “Bu, bizim taktiki planlarımızın bir hissəsidir. Ümumiyyətlə, döyüş əməliyyatları aparılması məharəti hərbi əməliyyatlar təzələnəcəyi halda bu obyektlərə, habelə hərbi hədəflərə zərbələr endirilməsini tələb edir. Bu, düşmənin iqtisadiyyatına ziyan vuracaq və silahlı qüvvələr üçün müvafiq təchizatın təmin edilməsinə imkan verməyəcək. Mən hələlik buna zərurət görmürəm... lakin həmin hədəflərə zərbə endirmək zəruri olsa, biz bir saniyə belə tərəddüd etməyəcəyik”.
2019-cu il martın 30-da Ermənistanın müdafiə naziri David Tonoyan demişdi: “Mən müdafiə naziri kimi bəyan edirəm ki, sülh naminə ərazi formatını ifadə edən mən olmuşam. Biz əksinə edəcəyik – yeni ərazilər üçün yeni müharibə”. O, daha sonra deyib: “Biz bu xəndək vəziyyətindən, daim müdafiə olunmaq vəziyyətindən yaxa qurtaracaq və döyüş əməliyyatlarını düşmən ərazisinə keçirə bilən bölmələr əlavə edəcəyik”.
İyulun 12-də törədilmiş hücumdan iki gün əvvəl Ermənistan özünün yeni milli təhlükəsizlik strategiyasını qəbul edib. Bu strategiya təcavüz və ilhaq siyasətini təsdiq edib. 2020-ci il iyulun 13-də, yəni hücum başlananın ertəsi günü Ermənistan müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədri Ancey Kasprşik ilə telefon söhbətində yeni əlverişli mövqelər tutacağı ilə hədələyib.
Daha sonra qeyd edilir ki, hətta COVID-19 pandemiyasının dağıdıcı təsiri də Ermənistanın silahlı təxribat törətməsinə mane olmayıb:
"Aşkardır ki, Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Baş katibinin qlobal atəşkəsə çağırışını guya dəstəkləməsi və bu çağırışa sadiqliyi barədə bəyanatı ağ yalandır. Şübhə yoxdur ki, Ermənistanın məqsədi köməyə ehtiyacı olan insanların xilas etmək, onların əziyyətini yüngülləşdırmək deyil, öz təcavüzünü və ilhaq siyasətini genişləndirmək və təhlükəsiz şəkildə həyata keçirməkdir.
Ermənistanın indiki rəhbərliyi əhalini sülhə hazırlamaq əvəzinə öz sələflərinin ilhaqçı siyasətini həm sözdə, həm də əməli işdə təkrarlayır. Bu yaxınlarda törədilmiş eskalasiya Ermənistanın danışıqların formatına meydan oxumaq və sülh prosesini pozmaq, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və münaqişənin həllinə dair digər sənədlərin mahiyyətini təhrif etmək, Azərbaycan ərazilərinin işğalını uzatmaq, bu ərazilərdə Ermənistanın hərbi iştirakını möhkəmlətmək, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməkdir. Belə hərəkətlərin münaqişənin dinc yolla və razılaşdırılmış şəkildə nizamlanması məqsədilə heç bir əlaqəsi yoxdur.
Azərbaycan Respublikası beynəlxalq birliyin diqqətini dəfələrlə bu məqama cəlb edib ki, Ermənistanın təcavüzünün davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni iştirakı müharibənin və yerlərdə təkrarlanan eskalasiya hallarının əsas səbəbidir".
Azərbaycanlı daha sonra diplomat yazır: “Biz ardıcıl olaraq bəyan edirik ki, Azərbaycan öz ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla yerinin dəyişdirilməsindən əziyyət çəkən ölkə kimi bu münaqişənin tezliklə və uzunmüddətli həllinin axtarılıb tapılmasında ən çox marağı olan tərəfdir.
Lakin Azərbaycan əlini yanına salıb gözləməyəcək və Ermənistanın təxribatlarına, atəşkəs rejiminin pozulmasına adekvat reaksiya verəcək. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu yaxınlarda törətdiyi silahlı hücumları dəf etmək üçün, öz əhalisinin təhlükəsizliyini təmin etməyə, erməni tərəfin atış və dayaq mövqelərini neytrallaşdırımağa, onları təcavüz aktlarını davam etdirməkdən və vəziyyəti nəzarətə almaqdan çəkindirməyə yönəlmiş zəruri əks tədbirlər görüb. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti və rəşadəti bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünün pozulmasına dözməyəcək, öz ərazilərinin işğal edilməsi ilə barışmayacaq. Ermənistandan fərqli olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq adət hüququna müvafiq olaraq yalnız özünümüdafiə hüququ çərçivəsində hərəkət edir.
Bir daha təkrarlamaq yerinə düşər ki, təcavüz və onun hərbi nəticələri münaqişənin həlli deyil və heç vaxt Ermənistanın can atdığı siyasi nəticələrə gətirib çıxarmayacaq".
əktubun sonunda deyilir: “Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edilməklə mümkündür. Azərbaycan bu çərçivələrdən kənarda münaqişənin həllini mümkün hesab etmir və bu anlayış əsasında nizamlama prosesində iştirak edir”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
Bu gün, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
Bu gün, 07:49
Tramp yenə BMT-ni tənqid edib
Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər