16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Livan: böyük faciə “Hizbullah”ı gücləndirəcək
Tarix: 09-08-2020 15:46 | Bölmə: Siyasət
Livan: böyük faciə “Hizbullah”ı gücləndirəcək

Livanın paytaxtı Beyrut şəhərindəki dəhşətli partayışdan sonra vəziyyət kritik həddə çatıb. Bir çox ekspertlər hesab edirlər ki, bu partlayış xarici təsir olmadan baş verə bilməzdi. İndisə partlayışın siyasi proseslərə təsirləri ortaya çıxıb. Ötən gün ölkədə dövlət çevrilişinə cəhd edilib.

Reyting.az
-ın məlumatına görə, Livandakı vəziyyətin hansı sonluqla yekunlaşacağını proqnozlaşdırmaq çətin olsa da, şərqşünas alim Samid Bağırov hesab edir ki, hadisələrin nəticəsi “Hizbullah”ın güclənməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, prosesi şablon və rəsmi siyasi yanaşmalardan bir qədər fərqli qiymətləndirmək lazımdır:

“Fransa prezidenti Makronun Beyrut səfəri haqda birinci onu deyək ki, adətən peşəkar canilər cinayət yerində daha tez hazır olmağa, digərlərini şübhələndirməməyə çalışırlar.

İkincisi, Beyrut partlayışı qəsdən olubsa, artıq bundan sonra səbəbkarı tapmaq mümkün olmayacaq. Çünki cinayət yeri partlayış səbəbindən göyə uçub və iz saxlanılmayıb ki, cani müəyyən edilsin.

Üçüncüsü, əgər partlayış sırf qəzadırsa onda ərəblər demişkən “Bulanıq sudan balıq tutacaqlar”. Yəni Qərb, İsrail və Səudiyyə qəzanı “Hizbullah”ın üstünə atmaqda israr edəcək. Necə ki dünən Makron kartlarını açıb, buna aşkar eyham vurdu.

Dördüncüsü, Makronun Beyrutda eyham vurduğu kimi, Livanı fəlakət zonası elan edib, onu müstəmləkəçiliyin yüngül növü olan BMT-nin Qəyyumlar Şurasının idarəçiliyinə verməyə çalışacaqlar”.

Şərqşünas alimin fikrincə, yuxarıda qeyd edilən ehtimallar sual altına gedir. Çünki “Hizbullah” lideri Həsən Nəsrullah hamısına bir-bir cavab verəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}