Lukaşenko seçkilərdə 80 faizdən çox səs toplayb - Yenilənib
Tarix: 10-08-2020 08:08 | Bölmə: Siyasət
Lukaşenko seçkilərdə 80 faizdən çox səs toplayb

Belarusda prezident seçkilərində seçici iştirakı 84,05 faiz təşkil edib.

Reyting.az
xəbər verir ki, RİA "Novosti" bu məlumatı ölkənin Mərkəzi Seçki Komissiyasına istinadla yayıb.

MSK-nın məlumatına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə 81,35 faiz səs toplayb.

Qeyd edilir ki, seçici səslərinin sayına görə ikinci yerdə Svetlana Tixanovskayadır. Ona seçicilərin 8 faizi səs verib.

Ölkədə 6,8 milyon seçicinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçenin, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dmitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliklərini qeydə alıb.(Report)

***

Belarusda Aleksandr Lukaşenko 80,23% səslə prezident seçkilərinin qalib olub.

Bu, Belarusun Mərkəzi Seçki Komissiyasının ilkin məlumatında bildirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}