16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Belarusda gərginlik artır: etirazçılara qarşı güc tətbiq olunur - Fotolar
Tarix: 11-08-2020 00:45 | Bölmə: Siyasət
Belarusda gərginlik artır: etirazçılara qarşı güc tətbiq olunur

Minsk şəhərinin mərkəzində bir neçə min etirazçıya qarşı səs qumbaralarından və rezin güllələrdən istifadə edilib. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, Belarusun hüquq-mühafizə orqanı əməkdaşları bununla Prezident seçkilərinin nəticələrinə etiraz edənləri meydandan qovurlar.

Gücləndirilmiş polis dəstələrinin və daxili qoşun bölmələrinin etirazçılara qarşı sərt davrandıqları və xeyli sayda fəalın saxlanıldığı bildirilir.

Etirazçılar Pobediteley prospektindən sıxışdırılıb çıxarılsa da, izdiham Köhnə şəhər ərazisindəki həyətlərdə davam etdirilib. “RİA Novosti” xəbər verir ki, bəzi fəallar bar və kafelərdə gizlənsə də, qalanları yenidən meydana qayıtmağa cəhd göstərib.

Ətraf ərazilərdən Minskə gələn yeni etirazçı qruplar da mərkəzə doğru yaxınlaşmağa davam edir.

“Sputnik Belarus” xəbər verir ki, Brestdə də çevik qüvvələr ilə etirazçılar arasında qarşıdurma olub.

Belarusda gərginlik artır: etirazçılara qarşı güc tətbiq olunur

Təhlükəsizlik işçiləri yolları, küçələri bağlayır və şəhərin mərkəzinə xüsusi nəqliyyat vasitələri gəlir. Müxalifət tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan da istifadə olunduğu bildirilir.

Xatırladaq ki, bazar günü Belarusda Prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, hazırkı prezident Aleksandr Lukaşenko 80,23 faiz səs toplayıb. Müxalifət tərəfdarları isə bununla razılaşmır və seçkinin saxtalaşdırıldığı iddia edirlər. Minskin mərkəzindəki seçki məntəqələri bağlandıqdan sonra polislərlə qarşıdurmalar başlayıb. Etirazçılara güc tətbiqi zamanı xəsarət alanların olduğu, hətta bir nəfərin öldüyü də bildirilir.

Belarusda gərginlik artır: etirazçılara qarşı güc tətbiq olunur

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}