17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Türkiyənin Müdafiə naziri hərbi heyətlə Azərbaycana gəlib - Yenilənib - Fotolar
Tarix: 12-08-2020 20:43 | Bölmə: Siyasət
Türkiyənin Müdafiə naziri hərbi heyətlə Azərbaycana gəlib - Yenilənib

Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlib.

Reyting.az xəbər verir ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

***

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycanda səfərdədirlər.

Türkiyənin Azərbaycandakı Səfirliyinin məlumatına görə, türkiyəli qonaqları Bakıda Müdafiə naziri Zakir Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyənin Müdafiə naziri hərbi heyətlə Azərbaycana gəlib - YenilənibTürkiyənin Müdafiə naziri hərbi heyətlə Azərbaycana gəlib - Yenilənib
Türkiyənin Müdafiə naziri hərbi heyətlə Azərbaycana gəlib - Yenilənib




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}