16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Kreml: "Putin-Lukaşenko görüşü planlaşdırılmayıb"
Tarix: 13-08-2020 12:16 | Bölmə: Siyasət
Kreml: "Putin-Lukaşenko görüşü planlaşdırılmayıb"

Rusiya prezidenti Vladimir Putinin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşü nəzərdə tutulmayıb. Reyting.az xəbər verir ki, bu barədə TASS-a Kremlin mətbuat xidməti məlumat verib.

"Cədvəldə belə bir görüş yoxdur", - deyə mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bəzi KİV-lər A. Lukaşenkonun V. Putunlə görüşünün planlaşdırıldığını və Belarusdakı prezident seçkilərindən sonra ölkədə yaranmış vəziyyəti müzakirə edəcəklərini yazıblar.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. MSK-nın bazar ertəsi açıqladığı ilkin məlumatlara görə, Lukaşenko 80,23%, Svetlana Tikhanovskaya 9,90%, digər üç namizəd isə 2%-dən az səs toplayıb. MSK nəticələri elan etdikdən sonra ölkədə etirazlar başlayıb, seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edən çoxsaylı etirazçı saxlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}