Britaniya XİN başçısı: “Belarusdakı seçkilərin nəticələrini tanımırıq”
Tarix: 17-08-2020 11:58 | Bölmə: Siyasət
Britaniya XİN başçısı: “Belarusdakı seçkilərin nəticələrini tanımırıq”

Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır.

Bu barədə Britaniya Xarici İşlər naziri Dominik Raab bildirib.

“Böyük Britaniya seçkilərin nəticələrini qəbul etmir. Biz təcili olaraq seçkilərin ədalətsiz olmasına səbəb olmuş nöqsanlar, habelə repressiyalar barədə ATƏT vasitəsilə müstəqil araşdırmaq aparmalıyıq. Britaniya beynəlxalq tərəfdaşları ilə birlikdə məsuliyyət daşıyanları cəzalandırmaq və Belarus hakimiyyətini məsuliyyətə cəlb etmək üçün çalışacaq”, - deyə Xarici İşlər naziri qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}