Baş redaktor partiya sədrinin müavini təyin olunub
Tarix: 17-08-2020 17:50 | Bölmə: Siyasət
Baş redaktor partiya sədrinin müavini təyin olunub

"Strateq.az" saytının baş redaktoru Elxan Şükürlü Ədalət Partiyasının Siyasi Şurasının üzvü və partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.

Bu barədə Ədalət Partiyasının sədri İlyas İsmayılov sərəncam imzalayıb.

Xatırladaq ki, E. Şükürlü Ədalət Partiyasının qurucularından biri olub, 2000-2011-ci illərdə partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsini tutub. 2011-ci ildə İlyas İsmayılovun artıq dünyasını dəyişmiş oğlu Etimad İsmayılovla mübahisəsi səbəbindən partiya sıralarından istefa verib, yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən "Strateq.az" analitik-internet qəzetinin təsisçisi və baş redaktorudur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}