Lukaşenkonun xanım rəqibinə Belarusun “keçici prezidenti” olmaq təklif edilir
Tarix: 19-08-2020 09:56 | Bölmə: Siyasət
Lukaşenkonun xanım rəqibinə Belarusun “keçici prezidenti” olmaq təklif edilir

Prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya Belarusda yeni seçkilər keçirilənədək beş-altı ay müddətinə respublikanın "keçici prezident"i olmalıdır. Reyting.az xəbər verir ki, bunu “RİA Novosti”-yə Belarus prezidenti postuna keçmiş namizəd Valeri Tsepkalo deyib.

Belarusdakı siyasi böhranın necə həll olunacağına dair suala cavabında Tsepkalo bildirib ki, Tixanovskaya keçid prezidentidir və Konstitusiyaya uyğun olaraq yeni seçkilər beş-altı ay ərzində planlaşdırılır.

“Seçkinin nəticələrinə görə hazırda yeganə qanuni dövlət başçısı Tixanovskaya olmalıdır”,- Tsepkalo əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}