Keçmiş səfir: “Milli Məclisdə kifayət qədər erməni var” - Video
Tarix: 19-08-2020 18:11 | Bölmə: Siyasət
Keçmiş səfir: “Milli Məclisdə kifayət qədər erməni var”

Azərbaycanın müxtəlif dövlət qurumlarındakı önəmli vəzifələrdə ermənilərlə qarşıq nikahdan doğulanların da çalışması artıq çoxlarına sirr deyil. Bunu zaman-zaman ayrı-ayrı siyasətçilər faktlarla bəyan ediblər.

Ən təhlükəlisi ermənilərlə birbaşa qohumluq əlaqələri olan məmurların Azərbaycana xəyanət etmələri, məxfi məlumatları işğalçı ölkənin kəşfiyyat orqanlarına sızdırmaq ehtimalıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi sistemində, konkret olaraq səfirliklərimizdə anası və yaxud xanımı erməni olan diplomatların çalışması isə daha təhlükəlidir. Çünki onların Azərbaycanın maraqlarını Ermənistanın kəşfiyyat orqanlarına satmaq imkanları genişdir.

Reyting.az-ın məlumatına görə, Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə LAF TV-yə müsahibəsində deyib ki, ermənilərlə qohumluq əlaqəsi olanlar təkcə Xarici İşlər Nazirliyi sistemində deyil, Milli Məclisdə də təmsil olunurlar.

İ. Vahabzadənin həmin videomüsahibəsinin bir hissəsini təqdim edirik:






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}