Ərdoğan xalqına müjdə verməyə hazırlaşır - Foto
Tarix: 20-08-2020 12:26 | Bölmə: Siyasət
Ərdoğan xalqına müjdə verməyə hazırlaşır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cümə günü müjdə verəcəyi ilə bağlı bəyanatı həyəcan doğursa da, bu müjdənin Aralıq dənizində və ya Qara dənizdə neft və ya təbii qaz yataqlarının tapılması haqqında olacağı bildirilir.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, enerji mütəxəssisləri “70 illik təbii qaz”dan bəhs edərkən Aralıq dənizində təxmin edilən ehtiyatların cəmi 5 faizinin Türkiyənin ehtiyaclarını qarşılayacağını deyiblər. Onların sözlərinə görə, neft və qaz hasil edildikdən sonra iki il ərzində istifadəyə verilə biləcək.

Mütəxəssislər 2022-ci ilin sonlarında başa çatması nəzərdə tutulan boru kəməri müqavilələrinə də diqqət çəkərək qeyd ediblər ki, bu durum Türkiyəni enerji idxalçısından enerji ixracatçısına çevirməklə ona böyük üstünlüklər qazandıracaq.

Ərdoğan xalqına müjdə verməyə hazırlaşır




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}