Qüdrət Həsənquliyev: “Elçibəy xeyirxah və dürüst adam idi”
Tarix: 21-08-2020 16:49 | Bölmə: Siyasət
Qüdrət Həsənquliyev: “Elçibəy xeyirxah və dürüst adam idi”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Əbülfəz Elçibəyin vəfatının 20-ci ili ilə bağlı BAXCP-nin Mətbuat xidmətinin sorğusunu cavablandırıb.

Əbülfəz Elçibəyə Allahdan rəhmət diləyən Qüdrət Həsənquliyev bildirib ki, hər bir insan kimi onun da zəif cəhətləri yox deyildi, amma o, müsbət xarakterizə olunan insana məxsus əsas keyfiyyətlərə malik, xeyirxah və dürüst bir adam idi: “Milli mentalitetimizdən doğan Azərbaycan kişisinə xas olan bütün dəyərlərə sahib idi”.

Qüdrət Həsənquliyev: “Elçibəy xeyirxah və dürüst adam idi”

Q. Həsənquliyev seyib ki, Elçibəy onun yaddaşında dövlət adamından daha çox türk birliyi, Bütöv Azərbaycan üçün çalışan bir ideya adamı, sadə və təvazökar insan kimi qalıb: “Ona prezident olaraq Azərbaycanda demokratik, hüquqi dövlət, mülki cəmiyyət quruculuğu istiqamətində islahatlar həyata keçirib arzularını gerçəkləşdirməyə imkan vermədilər. Elçibəy xarici və daxili siyasətdə buraxılan kobud səhvlər səbəbindən hakimiyyətini qoruyub Qarabağı işğaldan azad edə, ölkəmizi böyük fəlakətlərdən qoruya bilmədi. Bütün bunlara baxmayaraq milli ideyalarına, insanlara olan sevgisinə və dövlət adamı kimi təmizliyinə görə xalqımızın böyük əksəriyyəti tərəfindən Elçibəy bu gün böyük hörmətlə yad edilir. Əminəm ki, zamanla bu Böyük insanın bütün arzuları gerçəkliyə çevriləcək və bu zaman onun ruhu şad olacaqdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}