17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakından danışmaq istəmir
Tarix: 21-08-2020 18:28 | Bölmə: Siyasət
Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakından danışmaq istəmir

Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb.

Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun Ramiz Mehdiyevin şərəfinə tost dediyi eşidilir:

“Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz”.

Məsələ ilə bağlı Report-un əməkdaşı A. Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng edib.

A. Məhərrəmov söhbət zamanı R. Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib:

“Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb... Mən evdə istirahət edirəm. Sağ olun!”




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}