Lukaşenkonun ad günü ərəfəsi Minskə xüsusi təyinatlılar gətirilib - Foto
Tarix: 30-08-2020 13:33 | Bölmə: Siyasət
Lukaşenkonun ad günü ərəfəsi Minskə xüsusi təyinatlılar gətirilib

Belarusun paytaxtında daha bir böyük etiraz aksiyası ərəfəsində xüsusi təyinatlılar meydana çıxarılıb.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, prezident Aleksandr Lukaşenkonun istefası tələbi ilə dinc yürüş bu gün yerli vaxtla saat 14:00-da Müstəqillik meydanında keçiriləcək.

Dövlət başçısı avqustun 31-də 66 yaşını qeyd edəcək. Belaruslar avqustun 9-dan - prezident seçkiləri keçirilən gündən Lukaşenkonun istefasını tələb edir və aksiyalar o vaxtdan bəri hər gün təşkil olunur. Aksiya iştirakçılarına qarşı artıq ilk günlərdə olduğu kimi, xüsusi qəddarlıqla davranılmır.

Lukaşenkonun ad günü ərəfəsi Minskə xüsusi təyinatlılar gətirilib




Bölməyə aid digər xəbərlər