Daha iki partiya dövlət qeydiyyatına alınıb
Tarix: 01-09-2020 14:56 | Bölmə: Siyasət
Daha iki partiya dövlət qeydiyyatına alınıb

Azərbaycanda daha iki partiya - Respublikaçı Alternativ Partiyası (ReAL) və Milli Cəbhə Partiyası (MCP) dövlət qeydiyyatına alınıblar.

Reyting.az
-ın məlumatına görə, bu gün Ədliyyə nazirinin müavini Toğrul Musayev və Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədov hər iki partiyanın qeydiyyata alınması haqqında sertifikatı siyasi qurumların sədrləri - İlqar Məmmədov (ReAL) və Razi Nurullayevə (MCP) təqdim ediblər.

Məsələ ilə bağlı açıqlama verən Milli Cəbhə Partiyasınin sədri, Milli Məclisinin deputatı Razi Nurullayev bildirib ki, Prezident Administrasiyasında Siyasi partiyalar və parlamentlə iş üzrə yeni şöbənin yaranması siyasi arenada dəyişikliklərə səbəb olub: “Onilliklərlə yaranmış problemlərin bir-bir həll edilməsi şansı yaranıb və bu problemlərin bəziləri artıq həllini tapıb. Yeni məmur təfəkkürü, yanaşması cəmiyyətə müsbət impuls buraxır. Müvafiq şöbənin rəhbəri hörmətli Ədalət Vəliyevlə görüşlərimiz zamanı müzakirə edilən problemlərin həlli yolunda atdığı addımlara görə təşəkkür edirəm”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}