Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istəyib
Tarix: 01-09-2020 17:28 | Bölmə: Siyasət
Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istəyib

Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Reyting.az
 xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Onun sözlərinə görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ittihama görə, avtomobil qəzası zamanı T. Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. Amma T. Yaqublu ittihamları qəbul etmir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}