Azərbaycanın xeyrinə bəyanat verən 23 yaşlı gürcü qızı kim öldürüb? - Anası rəsmi Bakı və Ankaraya müraciət etdi
Tarix: 03-09-2020 18:20 | Bölmə: Siyasət
Azərbaycanın xeyrinə bəyanat verən 23 yaşlı gürcü qızı kim öldürüb? - Anası rəsmi Bakı və Ankaraya müraciət etdi

Gürcüstanda ötən ay avtomobildə meyiti tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilin anası Teona Tamazaşvili vəkili Mixeil Ramişvili ilə birgə Tbilisi Şəhər Məhkəməsinə çağırılıb.

Reyting.az
“Report”un Gürcüstan bürosuna istinadla xəbər verir ki, qadın bu yaxınlarda Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı səsləndirdiyi bəyanatla bağlı dindirilir.

M.Ramişvilinin sözlərinə görə, müdafiə etdiyi şəxs istintaq orqanlarının bütün suallarına cavab verəcək.

T.Tamazaşvili Baş Prokurorluqda deyil, məhkəmədə hakimin iştirakı ilə sorğu-sual olunmaq istəyib.

Qeyd edək ki, Kvemo Poniçala sakini olan T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində aşkarrlanıb. Qızın ailə üzvlərinin avqustun 30-da Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiyada “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib” sözlərinin yazıldığı plakat tutublar. 

T.Tamazavili mənbəyə istinadla bildirib ki, qızı bir neçə faylı təsadüfən açıb və silahla təminat sxemini deşifrə edib. Ana Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb/Report. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}