Rusiyaya qarşı yeni sanksiyanın tətbiqi tələb olunur
Tarix: 03-09-2020 21:44 | Bölmə: Siyasət
Rusiyaya qarşı yeni sanksiyanın tətbiqi tələb olunur

ABŞ-da bir qrup konqresmen Rusiyaya qarşı sanksiya tətbiqini tələb edib. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, konqresmenlər belə bir tələblə ABŞ-ın Maliyyə nazirinə müraciət ünvanlayıblar. Sanksiya tətbiqinə səbəb kimi ABŞ-da keçiriləcək prezident seçkilərinə Rusiyanın müdaxilə niyyəti göstərilir.

Sanksiya tələbilə bağlı müraciəti Senatda Demokratlar Partiyasının lideri Çak Şumer də daxil olmaqla 11 nəfər imzalayıb.

Konqresmenlər müraciətlərində ABŞ-ın kəşfiyyat məlumatlarına istinad ediblər.

Xatırladaq ki, bir gün əvvəl ABC News, "Rusiyanın 2020 seçkilərinə təsir göstərmək üçün namizədlərin sağlamlığına böhtan atacağı ehtimalı" adlı bir sənəd layihəsinin ABŞ Milli Təhlükəsizlik Nazirliyinə təqdim edildiyini bildirib. Sənədin geniş yayımlanması nəzərdə tutulmasa da, federal və yerli hüquq-mühafizə orqanlarına paylanması vacib sayılıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçiriləcək. İndiki dövlət başçısı Donald Tramp ikinci müddətə namizədliyini irəli sürür və o, demokratların namizədi Co Baydenlə mübarizə aparacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}