Avropa Birliyi beynəlxalq ictimaiyyətə çağırış edib - Fotolar
Tarix: 04-09-2020 01:46 | Bölmə: Siyasət
Avropa Birliyi beynəlxalq ictimaiyyətə çağırış edib

Avropa Birliyi beynəlxalq ictimaiyyəti Rusiyanın müxalifət liderlərindən olan Aleksey Navalnı ilə bağlı vəziyyətə vahid reaksiya verməyə çağırıb. Reyting.az xəbər verir ki, belə bir açıqlama ilə Avropa Birliyinin diplomatiya rəhbəri Josep Borrell çıxış edib.

J. Borrell deyib ki, Avropa Birliyi A. Navalnının zəhərlənməsinə görə məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, sanksiya və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır.

Avropa Birliyi beynəlxalq ictimaiyyətə çağırış edib
J. Borrell

Avropa Birliyi 4 mart 2018-ci ildə Sergey və Yuliya Skripalın həyatına cəhddə istifadə edilənə bənzər bir Noviçok qrupunun hərbi kimyəvi sinir agenti ilə zəhərlənmiş Aleksey Navalnının həyatına cəhdi ən sərt şəkildə pisləyir. Borrell qeyd edib ki, kimyəvi silahların istifadəsi tamamilə qəbuledilməzdir, beynəlxalq hüququn və beynəlxalq insan hüquqları standartlarının ciddi şəkildə pozulmasıdır.

Onun sözlərinə görə, Rusiya hökuməti bu cinayətin tam şəffaflıqla, hərtərəfli araşdırılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün mümkün olan bütün işləri görməlidir.

Avropa Birliyi beynəlxalq ictimaiyyətə çağırış edib

Bəyanatda deyilir ki, cəzasızlıq qəbuledilməzdir. Avropa Birliyi Rusiya tərəfini Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) ilə tərəfsiz bir beynəlxalq araşdırma təmin etmək üçün tam əməkdaşlığa çağırır. Avropa Birliyi bu məsələni yaxından izləməyə və nəticələrini qiymətləndirməyə davam edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}