Yunanıstan NATO-nun vasitəçilik planından yayındı - Rəsmi Ankaradan Afina və Parisə xəbərdarlıq
Tarix: 04-09-2020 14:51 | Bölmə: Siyasət
Yunanıstan NATO-nun vasitəçilik planından yayındı - Rəsmi Ankaradan Afina və Parisə xəbərdarlıq

Dünən NATO Baş katibinin Türkiyə və Yunanıstanın danışıqlara hazır olması haqda bəyanatına baxmayaraq, rəsmi Afina dialoqa razılıq verməyib.

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Cavuşoğlu TRT-də jurnalistlərin sualların cavablandırarkən deyib.

O, bildirib ki, yunan tərəfi müxtəlif bəhanələrlə danışıqlardan yayınır:

"Yunanıstanı Türkiyə əleyhinə yönəldən, onu təhlükəyə yuvarlayan Fransanın hərəkətinə səbəb Türkiyənin Suriyanın şimal-şərqində “Barış bulağı” hərəkatı və Liviyadakı fəaliyyəti ilə Fransanın bölgədə terror dövləti yaratmaq planlarını pozmasıdır. Məgər biz terrorla mübarizə aparmaq üçün Fransadan icazə almalıydıq? Daha sonra Fransa Liviyada terrorçu Haftarı dəstəklədi. Bu ölkənin Şərqi Aralıq dənizində nə işi var, burda da ortalığı qarışdırır. Fransaya tövsiyəmiz budur ki, isterik davranışlarına son qoysun və bizimlə əməkdaşlığa gəlsin”.

Çavuşoğlu deyib ki, baş verənlərə rəğmən, Türkiyə dialoqa hər zaman ön şərtsiz hazırdır: "Hamının bilməsi vacibdir ki, Türkiyə özünün və Şimalı Kipr türklərinin haqlarını sonadək qətiyyətlə qoruyacaq. Biz adil və bütün sərhədyani ölkələrin maraqlarının təminatından yanayıq. Və bu qərarımızdan bizi kimsə geri çəkdirə bilməz".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}