Lukaşenkonun əleyhdarı Rusiya hakimiyyəti ilə danışıqlara hazırdır
Tarix: 06-09-2020 01:06 | Bölmə: Siyasət
Lukaşenkonun əleyhdarı Rusiya hakimiyyəti ilə danışıqlara hazırdır

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya əlaqə saxlayacaqları təqdirdə Rusiyanın hakimiyyət nümayəndələri ilə danışmağa hazır olduğunu deyib.

Reyting.az
-ın məlumatına görə, Tixanovskaya Youtube-də canlı yayım zamanı bildirib ki, ABŞ, Kanada və Avropa dövlətləri də daxil olmaqla bir çox ölkələrin liderləri onunla əlaqə yaradıb və heç kimlə ünsiyyət qurmaqdan imtina etməyib.

Prezidentliyə keçmiş namizədin sözlərinə görə, hər kəs zəng vurub, Belarus xalqına dəstəyini ifadə edib. O, hər bir ölkənin nümayəndələri ilə dialoqa hazır olduqlarını deyib: “Buna görə də, Rusiyadan bizə bir zəng gəlsə, əlbəttə danışacağıq. Rusiya tərəfdən belə bir zəng olmayıb”.

Tixanovskaya vurğulayıb ki, Belarusda baş verənlər ölkənin daxili problemidir və bunu özümüz həll etməliyik: “Eyni zamanda, digər ölkələrin liderləri Belarus xalqı ilə həmrəylik nümayiş etdirmək üçün görüşmək və ya bu mövzuda fikir mübadiləsi aparmaq istəsələr, biz dialoqa hazırıq”.

Qeyd edək ki, Belarusda 9 avqustda keçirilən prezident seçkilərindən sonra seçkinin nəticələrinə kütləvi etirazlar başlayıb və prezident Lukaşenkonun istefası tələb olunur. Seçkidən sonra Tixanovskaya Belarus tərk edərək Litvaya gedib. Belarus hakimiyyəti isə müxalifətin Koordinasiya Şurasının yaradılması ilə əlaqədar “hakimiyyəti ələ keçirmə maddəsi” ilə cinayət işi açıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}