Tofiq Yaqublunun həbsdən azad olunması üçün danışıqlar aparılır
Tarix: 09-09-2020 14:15 | Bölmə: Siyasət
Tofiq Yaqublunun həbsdən azad olunması üçün danışıqlar aparılır

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun hüquq müdafiəçi üzvləri Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər.

Reyting.az
xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Əvəz Həsənov məlumat verib.

O ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyən olunacaq və Tofiq Yaqublu öz ailəsinə qovuşacaq.
Qeyd edək ki, T.Yaqublu artıq 8 gündür aclıq etdiyini açıqlayıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}