Paytaxt polisi aksiya ilə bağlı açıqlama yayıb
Tarix: 09-09-2020 16:29 | Bölmə: Siyasət
Paytaxt polisi aksiya ilə bağlı açıqlama yayıb

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

Reyting.az
BŞBPİ-nə istinadla xəbər verir ki, bu gün saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib:

"Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınmış, iştirakçılar ərazidən uzaqlaşdırılmışlar. Saxlanılan və ya həbs edilən olmamışdır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}