Ombudsman: "Tofiq Yaqublu qida qəbul etmir, onun səhhəti diqqətimizdədir"
Tarix: 14-09-2020 18:57 | Bölmə: Siyasət
Ombudsman: "Tofiq Yaqublu qida qəbul etmir, onun səhhəti diqqətimizdədir"

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında 14.09.2020-ci il tarixdə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvü tərəfindən qida qəbulundan imtina etməsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülmüş Tofiq Yaqubluya baş çəkilib, onun səhhəti ilə maraqlanılıb, tibbi sənədləri araşdırılıb.

Ombusman Aparatından Reyting.az-a bildirilib ki, görüş zamanı T.Yaqublunun sağlamlıq vəziyyəti, həmçinin onun həkimi professor Adil Qeybulla ilə də müzakirə olunub: "Tofiq Yaqublu hazırda da qida qəbul etmir. Onun səhhətinin stabil və həkim nəzarətində olduğu müşahidə edilib. Məsələ Ombudsman tərəfindən diqqətdə saxlanılır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}