Prezidentin köməkçisi: “Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”
Tarix: 05-10-2020 12:29 | Bölmə: Siyasət
Prezidentin köməkçisi: “Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər bəzi şəhərlərində əhalinin sıx məskunlaşdığı mülki obyektlərə raket zərbələri endirirlər”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu, barbarlıq və vandalizmdir, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinin təşviş içərisində olduğunu göstərir: “Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”.




Bölməyə aid digər xəbərlər