20:28 / 13-11-2025
Rusiya xanım politoloqu terrorçu elan edib
20:26 / 13-11-2025
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
19:58 / 13-11-2025
Bakıda TDT ölkələrinin QHT-ləri həmrəylik forumu keçirəcək
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
18:00 / 13-11-2025
Ermənistan yeni silahlar alıb
17:43 / 13-11-2025
Nazim İbrahimovun qardaşının köhnə maşını hərracda satılacaq
17:22 / 13-11-2025
Millimizin iki üzvü futboldan uzaqlaşdırılıb
17:15 / 13-11-2025
Qaxın yeni icra başçısı kollektivə təqdim olunub
17:03 / 13-11-2025
Qıjı bitkisindən nadir mineral əldə edilib
16:56 / 13-11-2025
General müşavir vəzifəsində çalışacaq
16:53 / 13-11-2025
Hərbi prokurora köməkçi təyin olunub
16:36 / 13-11-2025
Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişib
16:25 / 13-11-2025
Ən çox şikayət olunan sığorta şirkətləri - Siyahı
16:06 / 13-11-2025
Epşteyn ruslara Tramp haqqında məlumat ötürüb
15:57 / 13-11-2025
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verib
15:52 / 13-11-2025
Azyaşlılara aid pornovideolar satanlar tutulub
15:40 / 13-11-2025
Fuad Nəcəfli: "Bir canım var, o da bu vətənə qurban olsun"
15:36 / 13-11-2025
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
15:25 / 13-11-2025
Almaniyada Rusiyadan çox Polşanı təhlükə sayırlar
15:21 / 13-11-2025
Jurnalist Emin İbrahimov Türkiyədə qəzada ölüb
15:15 / 13-11-2025
22 minə yaxın şəxs qripə qarşı peyvənd olunub
15:04 / 13-11-2025
Ağdərəyə daha 11 ailə köçürülüb - Fotolar
14:53 / 13-11-2025
Bakıdakı şadlıq evində insanlara camış əti verilirmiş
14:38 / 13-11-2025
Prokuror: "İşgəncələrin Ermənistan dövlətinin siyasətini əks etdirdiyi sübut olunub"
14:16 / 13-11-2025
Zelenski: Onları xarabalıqlar naminə ölməyə məcbur etmirik
14:08 / 13-11-2025
PA rəhbəri yeni nümayəndəni kollektivə təqdim edib - Fotolar
14:02 / 13-11-2025
AFFA bəzi klubları cərimələyib
13:57 / 13-11-2025
Xocalının daha iki kəndinə köç karvanı gedib - Fotolar
13:53 / 13-11-2025
"Neftçi"nin baş məşqçisi cəzalandırılıb
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:53 / 12-11-2025
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
00:50 / 12-11-2025
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
23:09 / 10-11-2025
Neftçala bazarında baş verən yanğın söndürülüb
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
PA rəsmisi ilə Milli Məclisin deputatları arasında görüş keçirilib - Fotolar
Tarix: 07-10-2020 18:07 | Bölmə: Siyasət

Oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında “Dövlət idarəçiliyində siyasi-hüquqi islahatlar və icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında əməkdaşlığın yeni mərhələsi” mövzusunda videokonfrans formatında görüş keçirilib.
Reyting.az Milli Məclisə istinadla xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşə parlamentə ilk dəfə seçilmiş deputatlar qatılıblar.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın son günlərdə cəbhə xəttində törətdiyi hərbi təxribatlar və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları barədə məlumat verib. Spiker bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuzun əks hücum əməliyyatları zamanı əldə olunan möhtəşəm qələbələr hər birimizdə fəxarət və qürur hissi yaradır: “Düşmənin bütün təxribatlarının qarşısı alınır, onlara layiqli şəkildə cavab verilir. Eyni zamanda, diplomatiya sahəsində də Azərbaycan dövləti erməni təxribatlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü iş aparır. Milli Məclis olaraq biz də bu məsələdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Ötən günlər ərzində Milli Məclis adından beynəlxalq parlament təşkilatlarına və milli parlamentlərə müraciətlər göndərilib, Milli Məclisin sədri kimi mənim bir sıra ölkələrin parlament rəhbərləri ilə çoxsaylı telefon danışıqlarım olub”.
Daha sonra konfransda müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Sədri qeyd edib ki, son illərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə, ötən il möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sferada inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Qlobal pandemiyanın tüğyan etdiyi cari ildə də Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq, vətəndaşlarının yanında olub, heç bir sosial proqramı ixtisar etməyib.
Azərbaycanda siyasi və iqtisadi islahatların paralel şəkildə aparıldığını vurğulayan Spiker bildirib ki, bu islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Sahibə Qafarovanın sözlərinə görə, islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. Altıncı çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib.
Spiker həmçinin Milli Məclisə ilk dəfə seçilən deputatların parlamentin işində, qanun yaradıcılığı prosesində fəal iştirak etdiklərini, seçicilərlə işin düzgün əsaslarda qurulmasında fəallıq göstərdiklərini də bildirib. Sahibə Qafarova Milli Məclisə ilk dəfə seçilən deputatlar arasında gənclərin də üstünlük təşkil etdiyini bildirərək qeyd edib ki, bu da ölkəmizdə gənc kadrlara geniş imkanların yaradılması, onların idarəetmədə irəli çəkilməsi ilə bağlı atılan addımların daha bir uğurlu nəticəsidir.
Sonra Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə davamlı surətdə aparılan siyasi-hüquqi islahatlar barədə danışıb, yeni siyasi konfiqurasiyanın qurulması istiqamətində indiyədək görülmüş işlər haqqında ətraflı məlumat verib.

O, dövlət başçısının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə milli birliyə nail olmaq üçün atılan addımları qeyd edib, siyasi partiyalarla müntəzəm iş aparıldığını və sağlam əməkdaşlıq qurulduğunu, ölkədə yeni siyasi mədəniyyətin təşəkkül tapdığını diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, bu gün siyasi partiyalar dövlətçiliyimizin təməl prinsiplərinin müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə milli birlik və həmrəylik nümayiş etdirir. Azərbaycanda siyasi partiyaların 32 illik fəaliyyəti tarixində 51 partiyanın ilk dəfə olaraq vahid təşəbbüslə çıxış etməsi, ölkə Prezidentinin Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda fəaliyyətini birmənalı dəstəkləməsi, onun haqlı mövqeyini və həyata keçirdiyi bütün tədbirləri sonadək müdafiə edəcəklərini yekdilliklə ifadə etməsi xüsusi vurğulanıb.
Qanunvericilik hakimiyyəti ilə əlaqələrin mövcud vəziyyətinə toxunan Ə.Vəliyev VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklərə diqqət çəkərək ötən müddət ərzində parlamentə sağlam, demokratik mühit gətirildiyini, onun işində dönüş yarandığını və nüfuzunun həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kifayət qədər yüksəldiyini qeyd edib. Qanunverici orqanın fəaliyyətinin icra hakimiyyəti ilə qarşılıqlı əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışan şöbə müdiri deputatların yerlərdə vətəndaşlarla işinin yüksək səviyyədə təşkili üçün icra hakimiyyəti orqanlarına aidiyyəti tapşırıqların verildiyini bildirib. Eyni zamanda, vətəndaş məmnunluğunun daha da yüksəldilməsi məqsədilə deputatlar tərəfindən seçicilərlə fəal iş aparılması ilə bağlı mövcud gözləntiləri diqqətə çatdırılıb.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qətiyyətlə irəlilədiyi bu günlərdə hər kəsin milli birlik, ruh yüksəkliyi və döyüş əzmi nümayiş etdirməsi barədə danışan natiq, ölkə Prezidenti ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalq-dövlət birliyinə, həmrəyliyimizə önəmli töhfələr verdiyini vurğulayıb. Ə.Vəliyev, həmçinin dövlət başçısının müxtəlif çıxışları, bəyanatları, müsahibələri ilə Ermənistanın işğalçı siyasətini dünya birliyi qarşısında tutarlı faktlarla ifşa etdiyini qeyd edərək, vətəndaş məsuliyyəti hiss edən hər kəsin bu istiqamətdə son dərəcə təəssübkeş davranmasının vacibliyini xatırladıb.
Daha sonra deputatlar Əminə Ağazadə, Elnur Allahverdiyev, Nigar Arpadarai, Kamal Cəfərov, Elşad Mirbəşiroğlu, Etibar Əliyev, Tural Gəncəliyev, Nurlan Həsənov, Arzu Nağıyev, Afət Həsənova və Fatma Yıldırım çıxış ediblər. Çıxışlarda son illər dövlət başçısı tərəfindən ölkəmizdə aparılan siyasi-hüquqi, institusional və kadr islahatları, bu islahatların gətirdiyi müsbət dəyişikliklər, habelə Milli Məclisin bu prosesdə yeri və rolu, fəaliyyətinin perspektivləri, eləcə də qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətləri təhlil edilib, aidiyyəti təkliflər verilib. Deputatlar, həmçinin ərazi bütövlüyümüzün bərpa olunduğu bu şərəfli günlərdə Ali Baş Komandanın yanında olduqlarını, onun atdığı bütün addımlara dəstək verdiklərini və bu işi bütün imkanlarını səfərbər etməklə inamla davam etdirəcəklərini diqqətə çatdırıblar.
Tədbirin sonunda bu qəbildən olan görüşlərin davamlı təşkilinin faydalı olacağı qeyd edilib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:09
Pənah Hüseyn növbədənkənar qurultaya hazırlaşır
Bu gün, 09:48
ABŞ tarixində ən uzunmüddətli şatdaun başa çatıb
Bu gün, 08:04
Dövlət Departamentinin Avropaya maraqlı təklifi var
Dünən, 18:00
Ali Məclis Baş nazirlə bağlı qərar verib
Dünən, 07:50
Kremldə Putin-Tokayev görüşü başlayır
8-11-2025, 20:20
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
7-11-2025, 08:17
Britaniya ordusu Ukraynada münaqişəyə cəlb olunmağa hazırdır
6-11-2025, 16:03
Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsi sülh üçün təhlükəlidir
6-11-2025, 14:19
Kreml Ukrayna ərazilərinə əlavə qüvvə yerləşdirəcək
6-11-2025, 08:10
Şatdaun respublikaçıların imicini ciddi zədələyib
5-11-2025, 23:27
Putin: Rusiyada daxili sabitliyi pozmağa çalışırlar
5-11-2025, 16:44
Misir Mərdanov: "Nazir postuna qayıtmaq arzusunda deyiləm"
5-11-2025, 15:52
Nazir: “Ramiz Mehdiyevə villa bağışlamamışam”
5-11-2025, 11:12
Moskvada Usubovla Şoyqunun görüşü olacaq
5-11-2025, 10:55
"Zəfər marşrutu: Orta dəhliz və yeni reallıqlar" mövzusunda təqdimat keçirilib - Fotolar
4-11-2025, 22:49
Ceyhun Bayramov əlcəzairli spikerlə görüşüb
4-11-2025, 15:23
Ramiz Mehdiyevin oğlundan xəbər var: "Hər gün işə gəlir və..."
4-11-2025, 12:31
Azərbaycan-Türkiyə əlaqələri müzakirə olunub
4-11-2025, 08:14
Tramp mərkəzi rolda Ankaranı görür
3-11-2025, 17:20
AVP-nin qalmaqallı qurultayı ilə bağlı araşdırma aparılacaq
3-11-2025, 15:03
Səyyad Aran: "Ramiz Mehdiyev kimdir ki, onunla ünsiyyətim olsun?"
3-11-2025, 14:56
Ceyhun Bayramov BBP sədrini qəbul edib
3-11-2025, 12:00
Ramiz Mehdiyevin köməkçisi həbs edilib
3-11-2025, 08:27
Rusiya İranla nüvə sazişinin həllini asanlaşdıra bilər
3-11-2025, 08:08
Tramp Ukrayna münaqişəsinə son qoya biləcəyinə əmindir
1-11-2025, 21:14
Ukrayna daha bir bölgəni itirir
1-11-2025, 20:50
Vaşinqtonda Suriya prezidentini gözləyirlər
1-11-2025, 16:04
Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşüb
31-10-2025, 19:33
Sabiq icra başçısı barəsində həbs qərarı verilib
31-10-2025, 15:52
Əli Həsənov Türkiyəyə köçüb? - Açıqlama
31-10-2025, 15:50
Tavuş vilayətində demarkasiya işləri dayanıb - Qubernator
31-10-2025, 15:30
Zahid Oruc: "Onlar "söyüş blogerləri" yox, terror şəbəkəsidir"
31-10-2025, 15:29
“Aralıq dənizinin açarı Türkiyədədir” - Politoloq
31-10-2025, 15:11
Rus ordusu Pokrovskda irəliləyir
31-10-2025, 11:20
Arif Rəhimzadə Ramiz Mehdiyevdən danışıb: "Ramiz Mehdiyevlə bağlı məsələlər sübuta..."
31-10-2025, 08:43
Ərdoğan: Avropanın təhlükəsizliyi birgə səylər tələb edir
31-10-2025, 08:37
Qaluzin: Rusiya Kiyevlə danışıqlara hazırdır
30-10-2025, 22:30
Azərbaycanlı əsir və girovların qətli ilə bağlı sənəd tədqiq edilib
30-10-2025, 21:00
TİKA sədri Hikmət Hacıyevlə görüşüb - Foto
30-10-2025, 16:34
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışıb
30-10-2025, 14:57
Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır
30-10-2025, 14:49
Saleh Səmədovun bir qardaşı həbs edilib, digəri axtarışa verilib
30-10-2025, 11:27
İcra başçısı saxlanılıb - DTX əməliyyat keçirib - (Yenilənib)

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək