Rəsmi Afina Bakıdakı səfirini geri çağırır
Tarix: 07-10-2020 18:46 | Bölmə: Siyasət
Rəsmi Afina Bakıdakı səfirini geri çağırır

Yunanıstan Xarici İşlər Nazirliyi rəsmi Bakının "tamamilə əsassız və təhqiramiz ifadələr"indən sonra Azərbaycandakı səfirini geri çağırır.

Reyting.az
"Euronews"-a istinadla xəbər verir ki, Yunanıstan XİN-nin bəyanatında deyilir:

"Dağlıq Qarabağdakı toqquşmalar çərçivəsində Azərbaycan hökumətinin Yunanıstan dövlətinin terror aktlarına, terrorçu döyüşçüləri cəlb etmək cəhdlərinə və Yunanıstan ərazisindən Azərbaycana qarşı kiber hücumlara qarşı tolerantlığı barədə tamamilə əsassız və təxribat xarakterli bəyanatlarından sonra Xarici İşlər Nazirliyi Azərbaycan səfirinə sərt etiraz bildirib. Demarşın davamı Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos xarici işlər naziri Nikos Dendiasın qərarı ilə bağlı məsləhətləşmələr aparmaq üçün Afinaya çağrılıb".

Yunanıstan səfirini geri çağırmaqla yanaşı, səfir vasitəsi ilə Azərbaycana rəsmi etiraz notası çatdırılıb.




Bölməyə aid digər xəbərlər