Ermənistan XİN rusiyalı jurnalistin akkreditasiyasını ləğv edib
Tarix: 08-10-2020 15:41 | Bölmə: Siyasət
Ermənistan XİN rusiyalı jurnalistin akkreditasiyasını ləğv edib

Ermənistan XİN rusiyalı jurnalist İlya Azarın akkreditasiyasını ləğv edib.

Bu barədə İlya Azar özünün “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, buna Şuşa və Laçından hazırladığı və “Novaya qazeta”da yayımlanan “Cənub qapısında müharibə” adlı reportajı səbəb olub.

İ. Azar qeyd edib ki, reportaj “ermənilərin vətənpərvərlik hisslərinə toxunub və azərbaycanlıların xoşuna gəlib”.

2011-ci ildən Azərbaycanda “arzuolunmaz şəxs” elan olunduğunu xatırladan jurnalist Ermənistanda akkreditasiyasının ləğvini söz azadlığına maneə kimi qiymətləndirib/APA.

Reportajla aşağıdakı linkdən tanış olmaq olar: My Webpage




Bölməyə aid digər xəbərlər