Hikmət Hacıyev: "Türkiyənin prosesdə yaxından iştirakı gözlənilir"
Tarix: 10-10-2020 15:55 | Bölmə: Siyasət
Hikmət Hacıyev: "Türkiyənin prosesdə yaxından iştirakı gözlənilir"

“Türkiyə artıq masadadır. Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür. Türkiyə eyni zamanda regionun qonşu ölkəsidir”.

Reyting.az
 xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, yaranmış reallıqda Azərbaycan Türkiyənin prosesdə daha aktiv iştirakını gözləyir: “Cənubi Qafqazda baş verən proseslər qardaş Türkiyəni də narahat edir, səylərini davam etdirir. İstər Minsk Qrupu formatı, istərsə də digər formatlarda qardaş Türkiyənin region dövləti kimi yaxından iştirakı gözlənilir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi barədə reallığı anlamalıdır.  Təəssüf ki, onlar bu günə qədər bunu anlamırlar”.




Bölməyə aid digər xəbərlər